20-01-2017 [20:59]
Harada külli miqdarda pul varsa, MTN əməkdaşları orada peyda olurmuş. Mafiya üzvləri əvvəlcədən müəyyənləşdirdikləri "qurbanlarını” uzun müddət izləyib, əllərində nağd pul olduqlarını bildikləri anda onlara basqın edirmişlər...
Belə qurbanlardan biri də Hüseynov qardaşlarıdır. Onlar valyuta mübadiləsi məntəqəsində basqına məruz qalıblar.
"MTN mafiyası” həm müştərini, həm də məntəqədə çalışanları maşınlara mindirərək nazirliyə aparıblar. Təbii ki, bu zaman məntəqədə olan 300 mini də unutmayıblar...
Ləğv edilmiş MTN-in vəzifəli şəxlərinə qarşı açılmış cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Həsənov Elşən Əflanoviç başına gələnləri danışıb.
O, ifadəsində göstərib ki, 2004-2010-cu illərdə "Texnikabank” ASC-də müxtəlif vəzifələrdə, 2010-cu ildən 2015-ci ilin iyun ayına kimi qardaşı Seymur Həsənovla birlikdə Nəsimi rayonu, Azadlıq prospekti 64-A ünvanında yerləşən "Zamin bank” ASC-nin 9 saylı valyutadəyişmə məntəqəsində işləyib.
300 min dollarlıq əməliyyat...
E.Həsənov mübadilə məntəqəsinin xəzinədarının qardaşı Seymur Həsənov olduğunu deyib: "Mən müştərilər cəlb etmək və texniki köməklə qardaşıma dəstək olurdum. Mübadilə məntəqəsi rəsmi olaraq Seymur Həsənovun adına idi”.
Onun sözlərinə görə, 2015-ci ilin 8 mayında qardaşının daimi müştərisi olan Farizə adlı xanım ona zəng edib: "Farizə xanım zəng edib dedi ki, Seymura zəng çatmır. Əri Kamranın təcili olaraq 300 min dollarını avroya dəyişmək istədiyini söylədi. Mən də Seymura zəng elədim, amma zəng çatmadı. Təxminən 15 dəqiqə sonra qardaşımla danışa bildim. Qardaşıma müştərinin avro almaq istədiyini dedim. Sonra onlar aralarında danışıb vədələşdilər. Bundan bir neçə saat sonra qardaşıma zəng elədim. Ancaq ona zəng çatmadı”.
"Qardaşın bizdədir”
Məntəqədə işləyən digər şəxslərə zəng edən Elşən Həsənov onlara da zəng çatmadığını görəndən sonra qonşu mağazada işləyən satıcılardan birinə zəng edib. Bu zaman öyrənib ki, məntəqəyə müki geyimli 7-8 nəfər gəlib və hər kəsi aparıb:
"Narahat olub, dosta-tanışa zəng elədim, polisə məlumat verdim. Bir neçə dəqiqə keçmiş telefonuma zəng gəldi. Özünü MTN əməkdaşı kimi təqdim edən şəxs dedi ki, "narahat olma, ora-bura çox zəng eləmə. Qardaşın bizdədir”. Məni MTN-ə çağırdılar.
İkinci mərtəbəyə qalxanda qardaşım Seymuru və digər əməkdaşları gördüm. Onlardan izahatlar alındı. Sonra özünü MTN-nin vəzifəli şəxsləri kimi təqdim edən Natiq Alıyev və Zaur Məmmədov bizə yaxınlaşdı. Qardaşımdan kassada pulun göstərilənlərdən artıq olmasının səbəbini soruşdular. O da cavab verdi ki, "məntəqənin işi belədir ki, müştərilərdən alınmış pul vəsaitlərini dərhal sənədləşdirmək olmur, yəni pullar yığılır və müəyyən 2-3 saatdan sonra nəticəsi hesablanaraq sənədləşdirilir”. Onlar qardaşımı danışmağa qoymadılar. Həbs edəcəklərini deyib, təzyiq etməyə başladılar”.
"Gecəni burada qalarsınız, ağlınız başınıza gələr”
Bundan sonra MTN-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin 2-ci idarəsinin 3-cü şöbəsinin sabiq rəisi Natiq Alıyev və 1-ci idarənin sabiq rəis müavini Zaur Məmmədov böyük qardaş kimi işin həll yolunu Elşən Həsənovla danışmaqda görüblər.
"Natiq Alıyev mənə dedi ki, "sən böyük qardaşsan, ona görə də səninlə danışacam”. Qardaşımı otaqdan çıxartdılar. Dedi ki, həbs edilməmək üçün 500 min dollar verməliyik. Həyəcanlı vəziyyətə düşdüm, bu məbləğin həddindən artıq cox olduğunu dedim. 4-5 saat danışdıq. Hərdən otaqdan çıxıb gedirdilər. Qayıdanda nəticəni soruşurdular. Bu qədər pulu verə bilməyəcəyimizi təkrar edirdim. Dedilər ki, "gecəni burada qalarsınız, ağlınız başınıza gələr”. Gecə digər işçiləri buraxdılar. Məni, qardaşımı və müştəri Kamranı girov kimi saxladılar. Gecəni divan və kreslolarda yatmışdılar. Axşam yeməyi kimi kafedən kotlet və püre gətirdilər”.
Digər epizodlarda olduğu kimi, bu dəfə də MTN zabitləri "mərhəmətli” olublar və "qurbanlarına” endirim ediblər.
MTN-də saxlanılan günün səhərisi qardaşlardan 200 min dollar verilməsi istənilib. Əks halda birdəfəlik MTN-də saxlanılacaqlarını deyiblər.
Qardaşlardan biri girov saxlanılıb
Təzyiqlərdən və hədələrdən qorxan qardaşlar bu məbləği verməyə razılaşıblar. Əvvəlcə Seymur Həsənov sərbəst buraxılıb. O, dostu Anardan 100 min dollar götürərək MTN-ə qayıdıb. Bu zaman hesab-kitab edilib və qardaşlar sərbəst buraxılıb.
Elşən Həsənov ifadəsində göstərib ki, valyuta dəyişə məntəqəsinə edilən basqın zamanı götürülən 300 min dolların 180 mini onlara qaytarılıb. 120 mini özlərində saxlayan MTN əməkdaşları əlavə olaraq da Seymur Həsənovun gətirdiyi 100 min dolları götürüblər.
İstintaq zamanı zərər çəkmiş şəxs qismində tanınaraq dindirilən Seymur Həsənov da eyni məzmunlu ifadə verib.
MTN-nin basıqını zamanı saxlanılan müştəri Ağababayev Kamran Baba oğlu da ifadə verib.
O deyib ki, kommersiya fəaliyyəti böyük qabaritli yükdaşımanın təşkilindən ibarət olub. Bu məqsədlə 2015-ci ilin may ayında iki ədəd "MAN-TGS33440” markalı ağır yükləri dartıcı almalı və rəsmi olaraq onların alqı-satqısını həyata keçirmək istəyib.
Bunun üçün ona 300 min avro lazm olduğunu deyən Kamran valyutadəyişmə məntəqəsinə getdiyini və pulunu dəyişmək istədiyini bildirib. Məntəqədə baş verənləri danışan zərərçəkmiş basqın zamanı yaşadıqlarını belə danışıb:
"Birdən səs-küy düşdü. Həyəcanlandım, arada pulumun alınacağından, ya da it-bat olacağından qorxdum. Belə vəziyyətdə gələnlərin kim olduğunu, adları ilə maraqlana bilmədim. İçəri girən kimi telefonları aldılar. Başladılar komandalar verməyə ki, "tərpənməyin, dayanın””.
MTN-ə gətirildikdən sonra orada yaşananları danışan K.Ağababayev deyir ki, orada Natiq Alıyev adlı MTN əməkdaşı ona "bizə nə verəcəksən” deyib: "Dedim ki, heç nə. Axı mən qanunu pozmamışam. Dedi ki, gecəni burada qalarsınız, ağlınız başınıza gələr. Səhərisi gün Elşən və Seymurla pul məsələsində razılaşıb, bizi buraxdılar. Mənə də dedilər ki, "uşaqlar özünü qabağa verdi”. Sonra bizi oradan buraxdılar”.
Xatırladaq ki, adları qeyd edilən MTN zabitləri qulluq mövqelərindən sui-istifadə etmədə, gizli qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin telefon danışıqlarını dinləmədə, çoxsaylı sahibkarların külli miqdarda əmlaklarını ələ keçirmədə, bu əməllərində odlu silahdan istifadə etmədə, vətəndaşalra qarşı zorakılıqda, sahibkarların və digər vəzifəli şəxslərin qanunsuz azadlıqdan məhrum edilməsində təqsirləndirilirlər.
Musavat.com
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb