Tramp 12 dəqiqə danışdı, Obamanı "vurdu", and içdi - ABŞ-ın yeni prezidenti işə başladı (VİDEO)

img

20-01-2017 [21:59]


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trumpın bu gün andiçmə mərasimi keçirilib.

Mia.az xəbər verir ki, yeni prezidentin yüksək təhlükəsizlik şəraitində baş tutan inaqurasiya mərasimində dünyanın müxtəlif ölkələrinin liderləri və ictimai xadimlər iştirak ediblər. 

Maraqlıdır ki, Trampın əlehdarları ilə tərəfdarları da mərasim ətrafında toplanıblar. Bir tərəf Amerika tarixində indiyədək görünməyən formada yenis eçilən preizdentin əleyhinə ən sərt şüarlar səsləndirib, hətta mərasimə mane olmaq istəyib, digər tərəf isə Trampı alqışlayıblar. 

Yeni prezident Tramp isə mərasimdə təxminən 12 dəqiqəlik çıxış edərək, Obama administrasiyanın fəaliyyətini tənqid edib, dünyaya yeni mesajlar verib:

"ABŞ digər ölkələrə öz həyat tərzini qəbul etdirməyəcək, onlara nümunə olmaq istəyəcək. ABŞ başqa ölkələri müdafiə edərək, öz sərhədlərini qoruya bilməyib. Cinayətkarlıq, quldurluq və narkotiklər amerikalıların həyatlarına təhlükədir, mən bu qırğına son qoyacam”.

Tramp həmçinin dünyada radikal terrorçuluğa son qoyacağına söz verib. 

Bununla belə o, hazırda ABŞ ordusunun acınacaqlı vəziyyətdə olduğunu da vurğulayıb. Bir sözlə, Tramp çıxışını əsasən ABŞ-ın daxilinə hesablanmış tezislər üzərində qurub və sözlərindən belə anlaşılıb ki, "Hər şey Amerika və amerikalılar üçün!” olacaq.

Daha sonra ənənəvi and içərək, ABŞ-ın 45-ci prezidenti kimi işə başlayıb.

 Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR