Elmar Vəliyev şəhid ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıb - FOTO

img

20-01-2017 [18:10]


Bu gün Gəncə şəhərində 20 Yanvarla bağlı anım mərasimi keçirilib.
 
Öncə 20 Yanvar faciəsi qurbanlarının, Azərbaycanın suverenliyi uğrunda həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
 
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şah Abbas Cümə məscidinin Axundu Hacı Röya tərəfindən şəhidlərin ruhuna dualar oxunub. Şəhər İH başçısı Elmar Vəliyev çıxış edərək 27 il bundan öncə törədilən 20 Yanvar hadisələrinin təkcə hüzn yox, eyni zamanda qürur və qəhrəmanlıq günü kimi dəyərləndirib.
 
E. Vəliyev vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Gəncə şəhərində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün lazımi şərait yaradılıb. Onların mənzil təminatı yaxşılaşdırılır və problemləri aradan qaldırılır. İH başçısı qeyd edib ki, 27 il əvvəl Bakıda törədilən qətliam Gəncədən də yan keçməyib. Yanvarın 19-dan 20-nə keçən gecə Gəncə şəhəri 1 şəhid verib. Gəncənin 20 Yanvar şəhidi Valeri Boqdanovdur. Hadisələr zamanı 1 nəfər şəhər sakini isə yaralanıb.
 
Gəncə şəhər İH başçısı Elmar Vəliyev şəhid ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıb.
 
Hər il olduğu kimi, yanvarın 20-də gəncəlilər Şəhidlər xiyabanını ziyarət ediblər.
 
Gəncədəki Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi uğrunda canlarından keçən 371 şəhidin məzarı var.
 
Şəhid anası Minayə Piriyeva, şəhid xanımı Gülsum Mustafayeva, II qrup Qarabağ əlili Qadir Zeynalov çıxışlarında o qanlı yanvar gecəsi baş verən hadisələri ürək ağrısı ilə xatırladıqlarını deyiblər.
 
Çıxışlardan sonra Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən "Qan yaddaşı" adlı tamaşa təqdim olunub.

gencede 20 yanvarla bagli anim merasimi kecirilib

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR