20-01-2017 [16:13]
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycan İqtisadi İslahatların Təhlii və Kommunikasiya mərkəzi ilə əməkdaşlığa başlayıb.
Yanvarın 18-də Mərkəz rəhbərliyi ilə Barama startapları arasında görüş keçirilib.
Görüşdə eyni zamanda 30-a yaxın gənc startapçı iştirak edib. Görüş zamanı Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələr və mərkəz nəzdində fəaliyyət göstərən azexport.az portalı barədə müzakirələr aparılıb.
Ölkədə biznesin inkişafına dəstək məqsədilə yaradılan azexport.az portalının rəhbəri Zaur Qardaşov startapçılara portalın məqsədi və imkanları barədə danışıb, gənc sahibkarlarlın suallarını cavablayıb. İştirakçılara həmçinin azexport.az portalının texniki xarakteristikası və oraya məlumatların daxil edilməsi ilə bağlı ətraflı məlumat verilib.
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov son illər Azərbaycanda startup sahəsində dövlət və özəl təşkilatlar tərəfindən bir sıra uğurlu layihələrin həyata keçirildiyini qeyd edərək bildirib ki, Azexport.az portalının ixrac imkanları geniş olduğu üçün bura xidmət və məhsulların əlavə edilməsi yeni imkanlar yaradacaq. Həmçinin portalla əməkdaşlıq ölkədə İKT sektorunda investisiya mühitininin yaxşılaşdırılmasına ən yaxşı İnternet və İT layihələrin üzə çıxarılmasına, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım edəcək. Bu da informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən Azərbaycan gənclərinin xaricdə tanınması üçün əlavə şərait deməkdir.
Şirkətin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya da öz növbəsində qeyri-neft sektorunun inkişafının vacibliyini və ölkəmizdə bunun üçün hər bir şəraitin olduğunu vurğulayıb. Azercellin gəncləri sahibkarliq və peşəkar inkişaf yolunda daima dəstəklədiyini qeyd edərək, onları təqdim olunmuş imkanlardan yararlanmağa çağırıb.
Azexport.az resursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanmış Sərəncamı əsasında yaradılmışdır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə olunan azexport.az-ın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın yaradılmasıdır.
Məlumat üçün bildirək ki, Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və "Startup”ları dəstəkləyərək onların şirkət kimi formalaşmasına kömək edir. Barama fəaliyyətdə olduğu 6 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 100-dən çox layihə fəaliyyətə başlayıb, hal-hazırda fəaliyyətdə olan 10-dan çox uğurlu şirkət yaranıb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb