Şəhidlər Xiyabanında izdiham – 20 yanvar şəhidləri anılır (FOTOLAR)

img

20-01-2017 [15:10]


Bu gün keçmiş SSRİ hərbi birləşmələrinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdikləri qətliamın 27-ci ildönümüdür. Qanlı 20 yanvar faciəsi hər il Azərbaycanda ümummilli hüzn kimi qeyd edilir.

Bununla əlaqədar hökumət və dövlət nümayəndələri, siyasi partiyalar, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edirlər.

Ziyarətçilər Parlament prospekti boyunca Şəhidlər Xiyabanına doğru hərəkət edirlər. Bu günlə əlaqədar olaraq Bakı Polis Qarnizonu da gücləndirilmiş rejimdə çalışır. Hazırda da ziyarət davam edir.

Mia.az Musavat.com və APA-ya istinadən izdihamdan fotollar da təqdim edir:

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 








Digər xəbərlər
SON XƏBƏRLƏR