“Uşağımı tapın, hər şeyi danışım..." - İstanbulu qana boyayan terorçu

img

20-01-2017 [15:01]


Reina” terrorçusu ilə bağlı son dəqiqə xəbərləri gəlməyə davam edir. İstanbul polisinin əməliyyatla sağ olaraq ələ keçirdiyi İŞİD-çi terrorçu Əbdülqadir Maşaripov (34 yaş) Özbəkistandakı Fərqanə Universitetində oxuduğu illərdə ABŞ, İngiltərə, Rusiya, Kanada və Avstraliya tərəfindən terror təşkilatı olaraq qəbul edilən Özbəkistan İslami Hərəkatına üzv olub. 

Təşkilatda sürətlə yüksələrək əmir yardımçıcı olan Maşaripov Əl-Qaidə və Talibandan təhsil almaq üzrə Əfqanstana bu təşkilatın təlimatı ilə gedib. 2011-2012-ci illərdə burada təhsil alan terroristin daha sonra təşkilatdakı əmir köməkçiliyindən çıxdığı müəyyənəşib. Sözügedən hərəkar 2015-ci ildə İŞİD-ə bağlılığını açıqlayııb. 

Özbəkistan İslami Hərəkat üzvü ikən İŞİD-ə qatılan terrorçu qətliama qədər davam edən əlaqələri araşdırılarkən daha bir ad da deşifre olub. Bu şəxs Əbu Cihaddır. Bu şəxs İŞİD-də əmirlik vəzifəsini icra edir və Maşaripovu Türkiyədəki hücum üçün razı salıb. Maşaripovun Əbu Cihadla bir neçə dəfə əlaqə qurduğu da müəyyənləşib. Terrorçunun telefonunda Əbu Cihadla yazışmalarına rast gəlinib. Polis Əbu Cihadın kimliyini araşdırır. 

Bu arada "Reina” qatilinin istintaqı davam edir. Terrorçu ön sorğu zamanı polisə diqqətçəkən açıqlamalar verib. Diqqəti çəkən detal isə terrorçunun polisə davamlı olaraq uşağı barədə danışmasıdır. 

Əldə edilən məlumata görə, terrorçu polislərdən oğlunu dərhal tapmalarını istəyib: "Uşağımı tapın, hər şeyi danışım, məlumat paylaşımını sürətləndirim”. 

İŞİD kuryerləri tərəfindən Pendikə aparıldığı iddia edilən uaq bəzi ünvanlara edilən basqınlara baxmayaraq, hələ tapılmayıb. 

İŞİD ilə bağlı aparılan əməliyyatlar zamanı həbs edilən 15 canlı bombanın ardınca İstanbul ədliyyəsinə göndərilən 28 İŞİD üzvü də tutulub. 

Sevinc, 
Musavat.com 

Digər xəbərlər
SON XƏBƏRLƏR