Türkiyədə daha bir deputat tutuldu - Qadın millət vəkilinə terrora dəstək ittihamı

img

20-01-2017 [13:38]


Türkiyə Xalqların Demokratik Partiyasının (HDP) deputatlarının PKK-ya dəstək ittihamı ilə həbsi davam edir.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün səhər daha bir deputat saxlanılıb: "HDP-nin Batman vilayətindən olan millət vəkili Ayşə Acar Bacaran səhər saatlarında Ankarada saxlanılıb. O, bəzi çıxışlarında PKK-ya dəstək verib. Bununla bağlı açılan cinayət işi üzrə istintaqa dəvət olunsa da, getməyib".



Digər xəbərlər
SON XƏBƏRLƏR