Azərbaycanda milyonlarla borc silindi - Nazirlik siyahını açıqladı

img

16-01-2017 [23:00]


Azərbaycan Vergilər Nazirliyi 2017-ci il yanvarın 1-i tarixinə faiz və maliyyə sanksiyaları üzrə mövcud olan borcları qeyd-şərtsiz olaraq silinmiş vergi ödəyicilərinin siyahısını dərc edib. 

Mia.az xəbər verir ki, qeyd edilən tarixə 18 932 hüquqi şəxsə amnistiya təqdim edilib. Amnistiya tətbiq edilən fiziki şəxslər siyahısında isə 50 163 nəfərin adı var.

Hüquqi şəxslərin siyahısında "Atabank" (46 402 manat), ləğvetmə prosesində olan "Atrabank" (852 manat), "Birlik Bank" (91 224 manat), "Bank Standard" (16 574 manat), "Debüt Bank" (27 283 manat), "Texnika Bank" (522 292 manat), "United Credit Bank" (8 117 manat), "Eurobank" (29 manat), "Azərsu" (13 692 458 manat), Əmlak Məsələri Dövlət Komitəsi (14 145 409 manat), "AZAL" (14 475,1 manat) və s. var.

Siyahı ilə bu linkdən tanış ola bilərsiz.
http://taxes.gov.az/modul.php?name=pages&page=209


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR