"Rüşvətxor korrupsioner məmurlara qarşı amansız mübarizəmizi davam etdiririk" - Partiya sədri

img

16-01-2017 [19:53]


Azərbaycandakı müxalifət müəyyən dairələrin sözcüsüdür. ATƏT-in ölkəmizə səfər edən nümayəndə heyyəti Əli Kərimli, Arif Hacılı və izi-tozu olmayan Lalə Şövkətin nümayəndəsi ilə görüşdü. Çünki bu şəxslər Qərbin diqtəsi ilə oturub-durur.

Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, onlar ilin 12 ayı fəaliyyətlərini davam etdirirlər:

"Bizdə özlərini müxalifət adlandıran qüvvələr mövsümü müxalifətdir. Seçki ərəfəsi üzə çıxıb nəsə deyir, sonra illərlə yuxulayırlar. Biz ilin 12 ayı fəaliyətimizi davam etdiririk. Partiyamız xarici kəşviyatla işləmədiyinə görə bizlə əlaqə qurmurlar. Bu gün Azərbaycanın tək müxalifət partiyası bizik. Mən ən çətin anlarda millətimin yanındayam. Müxalifət partiyaları hakimiyyət daxilində formalaşdırılan anti İlham Əliyev koalisiyasına daxildir. Mən nə qədər ki, varam prezidentimizi dəsəkləyəcəm. Özünü ana müxalifət adlandıran Milli Şuranın sədri Cəmil Həsənli Şanxaydadır. Onun Çində super marketləri var. Gedib oradan pullarını yığmağa. Mən bütün müxalifət partiyalarında təmsil olunan şəxslərə səslənirəm. Onları öz partiyamıza dəvət edirəm. Gəlsinlər, real müxalifətə qoşulsunlar. Biz ölkədəki rüşvətxor korrupsioner məmurlara qarşı amansız mübarizəmizi davam etdiririk. Bu işimiz də xalq tərəfindən dəstəklənir. Partiyamız ilə qarşıdan gələn prezident seçkilərinə də ciddi hazırlaşmaqdayıq. Mən Hafiz Hacıyev olaraq bu gün prezidentin yanındayam. Ölkədəki rüşvətxor məmurlara, satqın müxalifətə qarşı apardığım mübarizədə qalib gələnə qədər bir addım da geri çəkilmək fikrim yoxdur.”


Digər xəbərlər
SON XƏBƏRLƏR