Dollar rekord həddə qalxdı - Mərkəzi Bank sabahın kursunu açıqladı

img

16-01-2017 [17:10]


Azərbaycan Mərkəzi Bankı dolların sabaha olan rəsmi məzənnəsini açıqlayıb.

Mia.az Mərkəzi Banka istinadən xəbər verir ki, yanvarın 17-i üçün dolların rəsmi kursu 1,8045 manat müəyyən edilib. 

Qeyd edək ki, bu gün dolların rəsmi kursu 1,7867 manata bərabər olub.

Xatırladaq ki, manat/dollar münasibətində sabahkı rəsmi məzənnə bu günə qədər olan kurs la müqayisədə rekord hədd deməkdir.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR