Türkiyə Bişkekə iki ekspertdən ibarət komissiya göndərəcək - Təyyarə qəzası ilə bağlı

img

16-01-2017 [14:07]


Türkiyənin Nəqliyyat, Gəmiçilik və Kommunikasya Nazirliyi Qırğızıstanda "Boeing 747-400” yük təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılması üçün Bişkekə iki ekspertdən ibarət komissiya göndərəcək.

Məlumatda həmçinin qeyd olunur ki, Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasya naziri Əhməd Arslan qırğızıstanlı həmkarına başsağlığı verib və Ankaranın bu məsələnin araşdırılmasında yardıma hazır olduğunu bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR