Əli Abbasov 6,8 milyonu istintaqa niyə ödəyib? - Prokurorluqdan açıqlama

img

16-01-2017 [12:16]


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsində qeyd edilən keçmiş nazir Əli Abbasovun istintaqa 6,8 milyon manat ödəməsinin səbəbi barədə "Qafqazinfo”nun sualına cavab verən Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, həmin işlə bağlı təqsirləndirilən şəxslər tərəfindən ziyanın ödənilməsi təmin olunub:

"Cinayət işi ayrıca icraata götürülüb, Baş İdarə tərəfindən istintaqı aparılır. Bu cinayət işi çərçivəsində də ziyanın ödənilməsi davam etdirilir. Yerdə qalan detalları isə icazə verin, açıqlamayım. Nə qədər ki, istintaq gedir, bu, istintaq sirridir”.

"Əli Abbasov pulu təqsirləndirilən şəxs qismindəmi ödəyib?” sualına K.Əliyev "Əli Abbasov təqsirləndirilən şəxs qismində ödəmiş olsaydı, yəqin ki, indi o da məhkəmədə olardı. Hesab edirəm ki, ətraflı cavab verdim”,- deyə bildirib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR