Azərbaycanda 313 məmur haqda cinayət işi açılıb - Rəsmi

img

16-01-2017 [11:23]


Bu gün Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 2016-cı ilin yekunlarına dair hesabat-mətbuat konfransı keçirilib.

Hesabatda bildirilib ki, qeyd edilən ildə korrupsiya cinayəti törədən 6 şəxs cinayət başında yaxalanıb. Axtarışda olan 24 nəfər saxlanılıb. Cinayət işləri üzrə vurulmuş 202 milyon manat məbləğində ziyanın 33 milyoni ödətdirilib.

Dövlət və özəl sektorda işləyən 313 vəzifəli şəxs barəsində 201 cinayət işi açılıb. İdarə tərəfindən cinayət işləri üzrə 78 milyon manat məbləğində əmlak üzərinə həbs qoyulub.

Cinayət işi başladılan 313 vəzifəli şəxsdən 110 nəfəri mənimsəmədə, 61 nəfəri dələduzluqda, 34 nəfəri vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, 52 nəfəri rüşvət almaqda, 17 nəfəri rüşvət verməkdə, 3 nəfər vəzifə saxtakarlığında, 1 nəfər səhlənkarlıqda, 35 nəfər isə digər maddələrlə ittiham edilib.
qafqazinfo



Digər xəbərlər
SON XƏBƏRLƏR