ABŞ-la Fransa arasında gərginlik artdı - XİN-dən təxribat xəbərdarlığı

img

15-01-2017 [19:59]


Fransa xarici işlər naziri Jan-Mark Eyro ABŞ-ın seçilmiş prezidenti Donald Trampın ABŞ-ın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək niyyətini təxribat adlandırıb.

Fransa xarici işlər naziri hadisələrin bu cür inkişafının ən ağır nəticələrə gətirib çıxaracağını vurğulayıb.

Jan-Mark Eyro deyib ki, ABŞ-da bu məsələ ilk dəfə gündəmdə deyil: "Ancaq hələ heç bir ABŞ prezidenti bu və ya digər məqamda belə bəyanatlar vermələrinə baxmayaraq, bu barədə qərar qəbul etmək mərhələsinə getməyiblər”. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR