"Çoxunun ailə üzvləri Britaniya və ABŞ-da vətəndaşlıq alıblar" - Qubad İbadoğlu

img

15-01-2017 [18:31]


Qubad İBADOĞLU

Müşahidələr və təhlillə əsasında hazırkı iqtisadi böhran dövründə Azərbaycanda yaşayan əhalini altı qrupda təsnifləşdirmək olar. 

Birinci qrup ifrat zənginlərdir ki, onlar hər il xarici ölkələrdə və Aəzrbaycanda onlarla villalar və biznes alır, hər rüb dəbdəbəli istirahət yerlərini, hər ay super bahalı avtomobillərini, hər həftə yeni model telefonlarını, hər gün təzə dəbə uyğun brend geyimlərini, gündə ən azı iki dəfə elit restoranları dəyişirlər. Onlar əvvəlkindən də dövlətli yaşayır, korrupsiya, xaricdə və daxildə malik olduqları biznes hesabına sərvətlərini daimi artır. 

Onların çoxunun ailə üzvləri Avropa Birliyinə üzv olan ölkələrdə, Britaniyada və ABŞ-da çoxdan vətəndaşlıq alıblar. Onların övladlarının təhsilləri, özlərinin tibbi müayinə və müalicələri də xarici ölkələrin tanınmış özəl kilinikalarındadır. Onların toplam kapital yığımları dollar ifadəsində Azərbaycanın cari il üçün dövlət büdcəsindən 10 mislindən də çoxdur. İfrat zənginlərin ümumu əhali sayında xüsusi çəkisi 1 faizdən də azdır. 

İkinci qrup sadəcə zənginlərdir ki, onlar hər il bahali avtomobillərini, hər mövsum istiharət yerlərini, hər ay yeni model telefonlarını, hər həftə təzə dəbə uyğun geyimlərini, hər gün elit restoranlarını dəyişirlər. Zənginlərin sayı ifrat zənginlərin sayında 5 dəfəyədək çox olsa, kapital yığımları cari ilin büdcənin gəlirlərinə çatar.

Üçüncü qrup özünü orta təbəqə hesab edən edən iri sahibkarlar, məşhur şirkətlərdə çalışan menecerlərdir ki, onlar da iki ildən bir avtomobillərini, ildə bir dəfə yeni model telefonlarını, hər mövsüm orta səviyyəli istirahət yerlərini, hər ay brend geyimlərini, həftədə ən azı 2 dəfə elit restoronlarını dəyişirlər. Onların toplam kapital yığımları dollar ifadəsində Azərbaycanın cari il üçün dövlət büdcəsindən 10 faizi səviyyəsində olar. Özünü orta təbəqə hesab edənlərin sayı əhalinin onda biri qədər olar. 

Dördüncü qrup orta təbəqə ilə yoxsullar arasında yaşayan orta və aşağı ranqlı məmurlar, kiçik və orta sahibkarlar, xarici şirkətlərdə, həkimlər, vəkillər, abituriyent hazırlığı ilə məşğul olan müəllimlər, beynəlxalq təşkilarda çalışıb valyuta ilə məvacib alanlardır ki, onlar orta hesabla 5 ildən bir avtomobillərini, iki ildən bir telefonlarını, ildə bir dəfə daxildə və yaxuda uzaq olmayan qonşu ölkələrdə istirahət yerlərini, ildə iki dəfə geyimlərini, ayda bir dəfə restoranları dəyişirlər. Onların toplam gəlirləri cari il üçün dövlət büdcəsinin 0,1 faizi qədər olar. Bu qrupa aid olanların sayı əhalinin beşdə biri qədər olar.

Beşinci qrup əhali yoxsullardır ki, onlar orta hesabla avtomobillərini 15 ildən bir, telefonlarını 10 ildən bir, geyimlərini 5 ildən bir dəyişir, həmkarlar ittifaqının göndərişləri ilə ildə bir dəfə həm müalicəyə və həm də istirahətə gedir, restoranları da toylarda görürlər. Onların yığmları yoxdur, borcları var. Yoxsulların sayı cəmi əhalinin dördə biri qədər olar.

Sonuncu qrup əhali ifrat yoxsullardır ki, onlar iş tapa bilmir, sosial müavinət, pensiyalar hesabına yaşamağa çalışır. Onların avtomobilləri yoxdur, telefonlarını ikinci əldən alınan köhnə modeldir. Geyimlərini dəyişmir, imkansızdan toylara getmədiklərinə görə restoran üzünə həsrətdirlər. Onların adları dükanlarda nisyə dəftərlərindədir, onlar borc içində batırlar. İfrat yoxsulların sayı əhalinin üçdə biri qədər olar.


Digər xəbərlər
SON XƏBƏRLƏR