Jurnalist mahnı yazdı, özü də ifa elədi - "Oğlum" (VİDEO)

img

14-01-2017 [15:31]


"Azerfax.az" saytının baş redaktoru, tanınmış jurnalist Nicat Dağlar sözləri də, ifası da özünə məxsus olan yeni mahnı bəstələyib.

Mia.az xəbər verir ki, bu barədə jurnalistin özü sosial şəbəkədə məlumat verib.

O, musiqisi və sözləri özünə aid olan "Oğlum" mahnısı haqda belə yazıb:

"Mahnı da özüm də oxumuşam. Mənə bu işi ərsəyə gətirməkdə köməkliyini əsirgəməyən dəyərli sənətkarımız Aybeniz Hashimovaya sonsuz təşəkkürlər. Mahnıda onun bənzərsiz səsini də eşidəcəksiniz. 

Mahnının aranjemanı Rübail Əzimova (Azimov Rubail), çəkiliş və montaj işi isə Məğrur Salmanova məxsusdur. Başda Aybəniz xanm olmaqla adını çəkdiyim dostların hər biri bu işə ürəyini qoydu. Hər birinə bir daha təşəkkürümü bildirirəm. 

Təsəvvür edin ki, Məgrurun səsyazma prosesini çəkmək, montaj etmək və tam hazır vəziyyətə gətirmək üçün cəmi üç gün vaxtl var idi. Odur ki, görüntülərdə texniki xətalar olarsa, lütfən nəzərə alın. Həm də onu nəzərə alın ki, mən bu mahnını ata kimi yazıb, ata kimi də oxumuşam... 
Bu mahnını demək olar ki, ailəvi ifa etmişik. Bek-vokalda şəxsən Улвия Гусейноваdır. 

Mirsamirin isə bu işdən xəbəri olmayıb. Yalnız bu gün açıqladıq. Ümid edirəm ki, bəyənəcəksiniz. Sona qədər baxın. Mahnı bitəndən sonra ekran qaralsa da ardından çəkilişin pərdəarxası gəlir".

Digər xəbərlər
SON XƏBƏRLƏR