"O an düşündüm ki, bunu anasına necə deyəcəyəm?" - Öldürülən səfirin xanımı

img

14-01-2017 [00:07]


"Həyat yoldaşımı qətlə yetirən şəxs onu tanısaydı, belə bir şey etməzdi"

Bu sözləri Ankarada rəsm sərgisində sui-qəsdə qurban gedən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun həyat yoldaşı Marina Karlova deyib.

Xanım Karlova həyat yoldaşının olduqca təmizqəlbli bir insan olduğunu vurğulayıb:

"Övladımızın olmasını istəyirdik. Allah bizə 13 il övlad nəsib etmədi. Yalnız 13 ildən sonra övladımız dünyaya gəldi. Həyat yoldaşım namuslu, vətənpərvər biri idi. Əslində, işin ən dəhşətli tərəfi anasının bizi evdə gözləməsi idi. Bir anlıq bunu düşündüm: Baş verənləri evdə anasına necə deyəcəyəm. Türkiyədə hər şey mənə həyat yoldaşımı xatırladır”(Axar.az).

Xatırladaq ki, səfir Andrey Karlov 19 dekabrda Ankarada rəsm sərgisində polis əməkdaşı Mövlud Mərd Altındaş tərəfindən öldürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR