Basdırılmağa aparılan 75 yaşlı kişi dirildi və "Nə baş verir" dedi

img

13-01-2017 [22:17]


Çinin Sıçuan əyalətinin 75 yaşlı sakininin ürəyi dayandığından doğmaları onun öldüyünü düşünərək dəfnə hazırlaşıblar.
 
Modern.az xarici mediaya istinadən bildirir ki, qoca kişi hətta basdırılmaq üçün tabuta da qoyulub.

Daha sonrakı qəribəlik ondan ibarət olub ki, tabutun qapağı daima yerindən oynayıb. Doğmaları isə sadəcə, qapağı yerinə qaytarmaqla, bunun elə-belə baş vermədiyi haqda düşünməyiblər.

Nəhayət, onlar qapağı götürməli olublar. Bu zaman gücsüz, ancaq sağ babanı görüblər. O, sağ olduğunu söyləməyə çalışıb.

"Nə baş verir?”, - kişi bu deyimlə doğmalarını salamlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR