Çavuşoğlu ilə Avropa Komissiyasının sədri mübahisə etdi - Konfransda

img

13-01-2017 [21:56]


Cenevrədə keçirilən Kipr danışıqlarında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Avropa Komissiyasının sədri Jan-Klod Yunker arasında mübahisə yaşanıb.

Axar.az Sayprus-a istinadən xəbər verir ki, Kiprin müzakirəsinin yanvarın 18-də müavinlər səviyyəsində keçiriləcək işçi qrupunun iclasından sonra davam etdiriləcəyi qərara alınıb.

Konfrans zamanı Avropa Komissiyasının sədri Jan-Klod Yunker mikrofonun səsini artıraraq Çavuşoğluya deyib: "Pul lazım olanda bizi xatırlayarsız”.

Çavuşoğlu isə cavabında "Bu qəbulolunmazdır. Suriyaya görə bizə vəd olunan 3 milyard avro hələ də ödənilməyib”, – deyib.

Qeyd edək ki, yanvar ayının 18-dək paralel olaraq türk və yunan icmaları arasında da danışıqlar davam etdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR