"Gərək ölkənin rəhbəri sizə irad bildirsin?" - Abbas Abbasovun oğlundan narazılıq

img

12-01-2017 [19:47]


"Kommersiya adıyla məsələyə hər hansı bahanə gətirmək düzgün deyil. Gəncə ölkəmizin ikinci şəhəridir. Təəssüflər olsun ki, hələ də bu qərarı verənlər bunu anlamırlar".

Mia.az xəbər verir ki, bunu əslən Gəncəli olan sabiq deputat, baş nazirin sabiq müavini Abbas Abbasovun oğlu Aydın Abbasov Bakı-Gəncə-Bakı aviareyslərinin ləğv edilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, problem dərhal aradan qaldırılmalıdır:  

"Gərək, ölkənin rəhbəri hər zaman sizə öz iradlarını bildirsin ki, sizdə funksional öhdəliklərinizi anlayasınız? 

Bu, prestij məsələsidir. Mütləq şəkildə bu aviareys bərpa olunmalıdır. Turizmin inkişafı naminə. Bundan başqa, ölkəmizin qərb bölgəsinin Bakı şəhəri ilə hava nəqliyyatını kəsmək olmaz.

Gəncə şəhərinin etimad göstərilmiş və rəhbər şəxsləri bu məsələ ilə çox ciddi məşğul olmalıdır. Bu barədə sakinlərə də məlumat verməlidirlər. Bir dəfə də belə hadisə baş vermişdi. Gəncənin o vaxtkı deputatları bu məsələni çox ciddi şəkildə qaldırmışdılar. Həmin deputatlar məsələnin həllinə nail olmuşdular”.

Xatırladaq ki, AZAL uçuşların kommersiya baxımından səmərəli olmadığını əsas gətirərək, yanvarın 9-dan Bakı-Gəncə-Bakı aviareyslərini ləğv edib. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR