MTN-nin şöbə rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə - Məhkəmə

img

12-01-2017 [15:42]


Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq İdarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.
 
APA-nın məlumatına görə, iclasda zərərçəkmiş şəxslər Vüsal Ələkbərova qarşı mülki iddia qaldırıblar.
 
Hakim mülki iddianın icraata götürüldüyünü və məhkəmə istintaqı zamanı araşdırılacağını deyib. İclasda işin baxışa verilməsi barədə qərar qəbul edilib.
 
Məhkəmənin baxış iclası yanvarın 26-na təyin edilib.
 
Qeyd edək ki, V. Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvətalma) və digər maddələrlə ittiham olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR