Bank rəhbərliyi yenidən toplanacaq

img

12-01-2017 [10:22]


21 Fevral 2017-ci il tarixində "Bank Respublika” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. 

Mia.az "Marja”ya istinadən xəbər verir ki, iclasın gündəliyində 4 əsas məsələ durur: Gündəliyin qəbul edilməsi, Müşahidə Şurasının tərkibi, onun bəzi qərarlarının müzakirəsi və bankın səhmlərinin buraxılışının dövlət qeydiyyatına alınması ilə bağlı bəzi tədbirlərin görülməsi. 

Xatırladaq ki, 3 yanvar 2017-ci il tarixində bankın Müşahidə Şurasının növbədənkənar iclasının qərarına əsasən, Müşahidə Şurasının üzvü Asəf Namazov Bankın İdarə Heyətinə sədr təyin olunub. Keçmiş İdarə Heyətinin sədri Xədicə Həsənovanın isə Bankda fəaliyyətini Müşahidə Şurasında davam etdirəcəyi planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR