"Çovdarovun adı gələndə rəngimiz saralırdı" - Deputatın qohumu

img

11-01-2017 [22:01]


Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş kimi tanınan Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov ifadə verib.

O, ifadəsində deyib ki, 2008-ci ilin martında tanışı Adil Yaqubov ona xəbər çatdıb ki, general Çovdarovun yanına getməlidir.

A.Yaqubov Akif Çovdarov MTN-ə gəlmədən polisdə onunla bir yerdə işləyib, sonradan isə pensiyaya çıxıb. Onun sonuncu işi isə Çovdarovun Masazırdakı istixanasını idarə etmək olub. O, 2010-cu ildən Çovdarovun arvadı İbadət Çovdarovaya məxsus "Bəhrə-2010” MMC-nin direktorudur.

Bələdiyyə sədri İ.Xəlilov deyir ki, Yaqubovun xəbərdarlığından sonra MTN-in inzibati binasına gedərək Akif Çovdarovla görüşüb. Qısa danışıqdan sonra ondan 100 min istənilib.

İ.Xəlilov ilk dəfə 50 mini MTN-ə verib. Qalan 50 mini isə 1 ay ərzində Çovdarovun adamı Yaqubova çatdırıb.
İ.Xəlilov ifadəsində göstərir ki, 2014-cü ilin sonlarında Çovdarov zəng vuraraq əmr edib ki, Masazırda, "Zəli gölü”nün yaxınlığında 10 hektar torpaq sahəsini Adil Yaqubovun adına sənədləşdirsin.

Bunlardan əlavə, ondan 120 min də tələb oluduğunu deyən bələdiyyə sədri Çovdarovdan "Sən generalı barmağına dolamısan? Deyəsən, məni yaxşı tanımırsan. Səni həbs edərəm, başına torba keçirdib padvala ataram” deyə təhdidlər eşitdiyini söyləyib.

Çovdarov ifadəsində Xəlilovu uzun müddətdir DİN-də birlikdə işlədiyi Adil Yaqubov vasitəsi tanıdığını deyib.

"İlham Xəlilova heç vaxt Elman Salmanov adlı şəxsdən hər hansı bir məbləğdə pul alıb mənə çatdırmasını deməmişəm, bununla bağlı nə İlham Xəlilova, nə də Elman Salmanov adlı şəxsə hər hansı bir formada hədə-qorxu gəlib tələb irəli sürməmişəm”- deyə Çovdarov ifadəsinə əlavə edib.
Məhkəmə prosesində fasilə elan olunub.

Akif Çovdarovun vəkili Sadiq Rəsulov Musavat.com-a deyib ki, İlham Xəlilov məhkəmədə ziddiyyətli ifadələr verib: 

"Əvvəlcə deyirdi ki, Binəqədi bələdiyyəsinin sədri Elman Salmanova zəng edərək MTN-dən pul istənildiyini deyib. Amma məhkəmədə deyir ki, Elman da ona zəng edərək MTN-ə çağırıldığını, pul istənildiyini deyib. İlham Xəlilov MTN-də 4-cü mərtəbədə Çovdarova pul verdiyini dedi. Ancaq həmin vaxt Çovdarovun xidməti otağı 1-ci mərtəbədə olub. Xəlilov deyir ki, pulun qalan hissəsini Çovdarovun xidməti maşınında ona verib. Amma Çovdarovun həmin vaxt xidməti maşını olmayıb. Xəlilov istintaqda Çovdarov tərəfindən hədələndiyini, pul tələb edildiyini deyirdi. Amma məhkəmədə Adil Yaqubov tərəfindən hədələndiyini deyib. Digər bələdiyyə sədri Elman Salamanov da məhkəmədə İlham Xəlilovu təkzib etdi. Elman dedi ki, Xəlilov ona deyib ki, əgər 150 mini verməsə onun başına torba keçirəcəklər. Yəni, Salmanovdan pulu Çovdarov istəməyib. Həm də Elman Salmanov dedi ki, ondan pul istəniləndə ağsaqqalı ilə danışmaq istədiyini, vaxt lazım olduğunu deyib”.

Akif Çovdarov məhkəmədə Elman Salmanova belə cavab verib: "Sənin ağsaqqalını tanıyıram, münasibətimiz də var. Əgər belə bir şey olubsa, sənin ağsaqqalın niyə mənə zəng edib demirdi ki, "Akif, Elmandan niyə pul istəyirsən? Bu deyilənlər yalandır”.

Sadiq Rəsulov Akif Çovdarovun çıxışında İlham Xəlilovun onun adından yalan danışaraq kimlərdənsə pul aldığını da deyib.

"Elman Salmanov adlı şəxsin kim olduğunu, hansı vəzifədə işlədiyini bilmirəm. Əgər Elman Salmanovu çağırmaq lazım olsa idi, İlham Xəlilov vasitəsilə deyil, özüm çağırardım. İlham Xəlilov yəqin ki, başqalarından pul alıb. Mənim adımdan da istifadə edib”- deyə Çovdarov məhkəmədə deyib.

Binəqədi Bəkədiyyəsinin sabiq sədri Elman Salamnov da Musavat.com-a açıqlama verib. O deyib ki, Akif Çovdarovu heç vaxt görməyib: 

"Mənə İlham zəng eldi ki, MTN-ə 150 min verməlisən. 90 min bir, 60 min də bir verdim. Kasıb adamıq, "Range Rover”imiz var idi, sevinirdik. Onu da satıb verdik. İlham pulun Çovdarova çatdırılacağını dedi. Çovdarovun adı gələndə rəngimiz saralırdı. Məhkəmədə də dedim ki, başıməz salamat olsun deyə pul verdim. "Məmin ağsaqqalım” kimdir sualına da cavab verə bilərəm. Bu açıqdır, hamı bilir. Binəqədidə ağsaqqalımız Hacı Madərdir (Qeyd edək ki, Elman Salmanov deputat Hacı Madərin yaxın qohumudur- Mia.az). Amma mən elə bir söz işlətməmişəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR