"Mərkəzi Bankın qısa zamanda liberal məzənnəyə keçidi heç də arzuolunan deyil" - Vüqar Bayramov

img

11-01-2017 [19:31]


"Mərkəzi Bankın valyuta satışı zaman müəyyənləşdirilmiş 4 faizlik marjı ləğv etməyə hazırlaşıdığı bildirilir. Bu, baş verəcəyi halda, Azərbaycanda liberal üzən məzənnəyə keçiləcək". 

Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, ancaq Mərkəzi Bank bunu cari tələbi ödəmədən həyata keçirərsə, hətta Neft Fondunun baş banka bu ilki 7.5 milyard manatlıq transferlərinə baxmayaraq manatın dəyər itirməsinin qarşısını almaq mümkün olmayacaq:

"Liberal məzənnənin bu ilin yaz aylarında tətbiq olunması güman edilirdi. Amma belə görsənir ki, bu daha tez baş verə bilər. Amma Mərkəzi Bankın qısa zamanda liberal məzənnəyə keçidi heç də arzuolunan deyil. Təəssüf ki, ötən 2 il yarım müddətdə milli valyutamız liberal məzənnə rejiminə hazırlaşdırılmadı. Liberal məzənnəyə keçid yaxın zamanlarda baş verərsə o zaman dolların yenidən bahalaşmasını müşahidə edəcəyik".

Digər xəbərlər
SON XƏBƏRLƏR