Türkiyədəki atışma ilə bağlı ilk rəsmi - Açıqlama

img

10-01-2017 [19:59]


Xəbər verdiyimiz kimi, Türkiyənin Qaziantep vilayətində polis bölməsinin qarşısında atışma olub. 

Hadisəni törədən iki terrrorçu olub. Binaya girməyə çalışan terrorçulardan biri zərərsizləşdirilib, digəri isə hadisə yerindən qaçıb.

"Qafqazinfo”nun "Milliyet”ə istinadən verdiyi məlumata görə, Qaziantep valisi Ali Yerlikaya atışma ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, terrorçularla atışma zamanı 1 polis yüngül xəsarət alıb: "Polislərimiz atışmaya anında cavab verərək terrorçunu zərərsizləşdiriblər. Bu mənfur hücum zamanı bir polis yüngül yaralanıb. Xəstəxanaya yerləşdirilən polisimizin həyatı təhlükəsi yoxdur. Polis təşkilatımıza və şəhərimizə keçmiş olsun”.


Digər xəbərlər
SON XƏBƏRLƏR