İcra başçısı ilin yekunları ilə bağlı hesabat verdi - FOTOLAR

img

10-01-2017 [19:45]


Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə 2016-cı ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib.

İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İsgəndər Səfərov bildirib ki, 51 minə yaxın sakinin yaşadığı və 2,39 kvadrat kilometr ərazini əhatə edən 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi nümayəndəliyi 2016-cı ildə öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsanamə” yə və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının sərəncam və tapşırıqlarına əsasən həyata keçirmişdir. Hər il olduğu kimi, 2016-cı ildə nümayəndəlik tərəfindən ev təsərrüfatlarının uçotu kitabları yoxlanılmış, aparılmış qeydlər bir daha dəqiqləşdirilmiş və bu işlər il ərzində mütəmadi olaraq davam etdirilib.

Yığıncaqda çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov bildirib ki, əsası Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi, iqtisadi kurs 2016-cı ildə böyük nailiyyətlərlə əlamətdar olmuş, ölkəmizdə daxili və xarici siyasətdə bir sıra mühüm uğurlara imza atılmışdır.

Qeyd etmişdir ki, başa vurduğumuz ildə bütün dünyada gedən mürəkkəb siyasi proseslərə, qlobal iqtisadi böhranlara baxmayaraq, Azərbaycanda hərtərəfli sosial-iqtisadi inkişaf davam etmiş, Prezident İlham Əliyevin balanslaşdırılmış və düşünülmüş siyasi-iqtisadi strategiyası sayəsində ölkənin dinamik inkişafı, əhalinin rifah halının daha da yaxşılaşdırılması, habelə, ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsi, milli dövlətçilik maraqları təmin edilmişdir. 2016-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq quruculuq işləri davam edəcəkdir.

 

Nəsimidə ilin yekunları müzakirə olunub


Digər xəbərlər
SON XƏBƏRLƏR