“Abxaziyada kilsə və polyak qəbristanlığı dağıdılıb" - Gürcü prezidentdən Rusiyaya ittiham

img

10-01-2017 [19:38]


"Abxaziyanın Tsabal kəndində 19-cu əsrə aid kilsə və polyak qəbristanlığı dağıdılıb. Rusiya və Abxaziya onun yerində poliqon yaratmaq niyyətindədir”.
 
APA-nın "kavkaz-uzel”ə istinadən verdiyi məlumata  görə, bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili deyib. O bildirib ki, kilsənin dağıdılması  Rusiya tərəfinin təşəbbüsüdür: "Bu, qəsdən həyata keçirilən vandalizm aktıdır və 1954-cü il Haaqa Konvensiyası da daxil olmaqla, beynəlxalq  hüquq normaların kobud şəkildə pozulması deməkdir. Beynəlxalq ictimaiyyət, UNESCO və digər beynəlxalq təşkilatlar Gürcüstan ərazisində Rusiyanın işğalçı qüvvələrinin qanunsuz hərəkətlərinə lazımi qiymət və müvafiq reaksiya verməlidir”.
 
Qeyd edək ki, Gürcüstanın separatçı Abxaziya regionu Rusiya tərəfindən müstəqil dövlət kimi tanınıb.
Sosial səhifələrdə paylaş


Digər xəbərlər
SON XƏBƏRLƏR