“Ziraat Bank Azərbaycan”da dəyişiklik – Yeni təyinatlar

img

10-01-2017 [18:09]


"Ziraat Bank Azərbaycan" ASC-nin rəhbərliyində cəddi dəyişiklik olub.

Belə ki, şirkətin Müşahidə Şurasına yeni sədr təyin olunub.

Bu vəzifəyə Ömər Baktır təyinat alıb. Ö. Baktır Hüseyin Aydını əvəzləyib.

Bilgehan Kuru, Ayçe Şule Gürleyik, Taha Çakmak isə Müşahidə Şurasının yeni üzvləridir. Muharrem Karslı, Yusuf Dağcan, Burhaneddin Tanyeri tutduğu vəzifələrdən azad olunublar. Vəzifəsini qoruyan yalnız Ali Taşdemirdir.

Yeri gəlmişkən, kadr dəyişiklikləri ilə yanaşı, struktur dəyişikliyi də baş tutub. Belə ki, yeni yaradılan Müşahidə Şurası sədrinin müavini vəzifəsinə Bilgehan Kuru təyin olunub.

"Ziraat Bank Azərbaycan" ASC Türkiyənin dövlət bankı olan "Ziraat Bank"ın törəməsidir.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub