“3 saat başımda torba, üzü aşağı saxladılar, vurdular, sözlə təhqir edirdilər” - Mehman Hüseynov

img

10-01-2017 [17:36]


Mehman Hüseynova işgəncə verilib-verilmədiyini Nəsimi Rayon Prokurorluğu araşdıracaq.

Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb:

"Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polisin qanuni tələbinə tabe olmamaq) təqsirli bilinib 200 manat cərimə olundu.

Eyni zamanda, məhkəmə qərar verdi ki, Mehman Hüseynova işgəncə verilməsi şikayəti ilə bağlı Nəsimi rayon prokurorluğu araşdırma aparsın” - deyə vəkil bildirir.

Mehman Hüseynovsa deyib ki, onu Nəsimi Rayon Polis İdarəsinin rəis müavinin yanına gətiriblər. Orada deməsinə görə, ürəyi gedib:

"Mən özümdən getmişəm. Birdə hiss etdim ki, əlimi qaldırıb hansısa sənədə qol çəkdirirlər. Bunlar bu vəziyyətdən istifadə ediblər”

Mehman Hüseynov deyib ki, onun üstünə təcili yardım çağırıblar.

Bloqqer məhkəməyə də toxunub: "Hakim özü mənə ittihamın qurama olduğunu gördü. 200 manat cərimə edildim. O cəriməni də ödəməyəcəyəm”.

M.Hüseynovun vəkili Elçin Sadıqov məhkəmədən sonra qərarla razılaşmadıqlarını, apelyasiya şikayəti verib onun ləğv edilməsini tələb edəcəklərini bildirib.

O qeyd edib ki, yanvarın 9-u axşam saatlarında saxlanarkən başına torba keçiriblər. Mehman Hüseynov qeyd edib ki, maşına mindirilərkən fiziki zorakılıqla üzləşib:

"Mən 3 saat başımda torba, üzü aşağı saxladilar. Vurdular, hiss edirdim ki, burnumdan qan gəlir. Mən dözürdüm. Nəfəsim kəsilirdi. Məni sözlə təhqir edirdilər”.

Azadliq radiosu

Digər xəbərlər
SON XƏBƏRLƏR