Şriftin ölçüsü / 143 dəfə oxunub

Türkiyədə dollar rekord həddə qalxıb - Nazirdən açıqlama

10 Yanvar 2017 [17:25]
"Türkiyə Mərkəzi Bankının (TCMB) valyuta bazarına birbaşa müdaxilə etməsi yanlış qərar olar". 

Bu açıqlamanı Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi verib. 

O həmçinin, uçot dərəcəsinin artırılmasının iqtisadiyyata zərər verəcəyini bildirib.

Xatırladaq ki, bu gün TCMB valyutada olan məcburi ehtiyatlar üzrə faiz dərəcəsini 0,5 faiz bəndi azaldıb. Bununla da TCMB bank sisteminə əlavə 1,5 mlrd. ABŞ dolları həcmində likvidlik ötürüb. Bu qərardan sonra valyuta bazarında dolların məzənnəsi 3,7880 TRY/USD səviyyəsindən 1,3% azalaraq 3,74 TRY/USD-yə enib. Lakin hazırda dünya bazarında dolların məzənnəsinin müşahidə olunan möhkəmlənməsi lirəyə təsirini davam etdirib və Türkiyədə dolların məzənnəsi 3,77 TRY/USD-ni ötüb.

"Report"un analitik qrupu TCMB-nin uçot dərəcəsini artıracağı təqdirdə dolların məzənnəsinin daha da yüksələcəyini proqnozlaşdırır.

Report


SON XƏBƏRLƏR