İlham Əliyevin medal qazanmış idmançı bacısı oğlu - FOTO + VİDEO

img

27-12-2016 [11:59]


Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyev haqqında maraqlı məlumatlar əldə etmişik.

Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti olan Azər həm də peşəkar idmançıdır. Sosial şəbəkədə mütəmadi olaraq öz videolarını paylaşan Azər qısa zamanda idman sahəsində böyük uğurlar əldə edib.

2 iyul 2011-ci ildə Çexiyanın paytaxtı Praqada paurliftinqin WPC versiyası üzrə gənclər arasında 100 kq-da yarışan Azər Əliyev 3 hərəkətin cəmində 600 kq ağırlığın öhdəsindən gəlib və 5-ci yeri tutub.

23 noyabr 2011-ci ildə Latviyanın paytaxtı Riqada paurliftinqin WPC versiyası üzrə dünya çempionatında yarışan idmançımız fəxri kürsüyə yaxın olub. Azər Əliyev 100 kq-da ləvazimatsız 610 kq qaldıraraq 4-cü yeri qazanıb.

2014-cü ildə isə Azər Əliyev Açıq Avrasiya Kuboku yarışında 250 kq-lıq nəticə ilə gümüş medala sahib olub.(baku.ws)

Ölkə.Az



Digər xəbərlər
SON XƏBƏRLƏR