Kredit böhranı haqda yeni rəqəmlər

img

06-12-2016 [10:43]


Noyabr ayının 1-nə olan vəziyyətə görə, 2016-cı ilin yanvar-sentyabr aylarında banklar və bank olmayan kredit təşkilatları tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 27,2% – 15 mlrd. 820 mln. manata qədər azalıb.

Mia.az xəbər verir ki, bu haqda İnterfaks Mərkəzi Bankdan (AMB) istinadən məlumat yayıb. Xəbərdə bildirilir ki, 2016-cı il noyabrın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 375,6 mln. manat (azalma 8,8%) və ya bütün kreditlərin 8,7%-ni təşkil edir.

Noyabrın 1-nə dövlət payına malik olan banklar tərəfindən 5 mlrd. 528,8 mln. manat (azalma 24,2%) və ya bütün kreditlərin 34,9%-i, özəl banklar tərəfindən 9 mlrd. 817,9 mln. manat (azalma 29,2%) və ya bütün kreditlərin 62,1%-i həcmində kredit verilib. Qalan məbləğ bank olmayan kredit təşkilatlarının payına düşür.

Noyabrın sonuna verilmiş kreditlərin ümumi həcmindən 8 mlrd. 509,5 mln. manat (azalma 22,6%) milli valyuta, 7 mlrd. 310,5 mln. manat (azalma 31,9%) xarici valyuta ilə verilib. 10 ayın yekunları üzrə xarici valyutada kreditlərin xüsusi çəkisi 2015-ci ilin yekunları üzrə 49,4%-ə qarşı 46,2% təşkil edir.

Cari ilin noyabr ayının 1-nə olan vəziyyətə görə, bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 483,3 mln. manat (bütün kreditlərin 15,7%-i) ticarət və xidmət sahəsinin, 366,4 mln. manat (2,3%) energetika, kimya və təbii sərvətlər sektorunun, 402,8 mln. manat (2,5%) kənd təsərrüfatı və emal sahəsinin, 1 mlrd. 820,4 mln. manat (11,5%) daşınmaz əmlak sahəsinin, 1 mlrd. 211,1 mln. manat (7,7%) sənaye və istehsalat sektorunun, 1 mlrd. 164,9 mln. manat (7,4%) nəqliyyat və rabitə sahəsinin, 5 mlrd. 906,1 mln. manat (37,3%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Bununla belə, yanvar-oktyabr aylarında ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə bankların portfeli 29,6% azalıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR