Ramin Quluzadə ilə görüşmək istəyənlərin diqqətinə: - Nazir vətəndaşları qəbul edəcək

img

06-12-2016 [10:17]


Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dekabrın 9-da Neftçalada Salyan, Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
 
Mia.az RYTN-ə istinadən bildirir ki, dekabrın 9-u saat 12:00-da Neftçalada keçiriləcək qəbulda iştirak etmək istəyən vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi", (012) 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün vətəndaşların aşağıdakı telefonlara zəng etmələri xahiş olunur:
 
Neftçala rayonunda                 02126 33628
Salyan rayonunda                   02125 50615
Biləsuvar rayonunda                02529 51335
Cəlilabad rayonunda                02524 52248
Cəbrayıl rayonunda                 02638 43799

Digər xəbərlər
SON XƏBƏRLƏR