Sivil Toplum Platformasının nümayəndə heyəti Britaniya səfiri ilə görüşdü – Müzakirə

img

05-12-2016 [20:32]


Sivil Toplum Platformasının (STP) nümayəndə heyəti Böyük Britaniyanın Azərbaycandakı səfiri, xanım Carole Croftsla görüşüb.

Bu barədə Mia.az-a STP-dən məlumat verilib.

Bildirilib ki, görüşdə platforma üzvləri STP-nin yaranma zərurəti və məqsədləri, habelə fəaliyyət istiqamətləri barədə məlumat veriblər.

STP üzvləri britaniyalı diplomatla ölkədəki ictimai-siyasi vəziyyət, vətəndaş cəmiyyəti və medianın hüquqi və praktik durumu, siyasi azadlıqlar və siyasi məhbus problemləri, sosial-iqtisadi vəziyyətin ağırlaşması, Avropa Məhkəməsi qərarlarının icra vəziyyəti, həmçinin mövcud problemlərdən çıxış yolları və beynəlxalq qurumlarla Azərbaycanın münasibətləri müzakirə edilib.

Tərəflər bundan sonra da STP ilə Britaniyanın ölkəmizdəki səfirliyi arasında təmasların sıxlaşdırılmasının faydalı olacağı qənaətinə gəliblər.

Görüşdə səfirlə yanaşı, səfirliyin siyasət şöbəsinin müdiri Ceyms Holder də iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR