"Ölüm, ölüm" mahnısını ekranlaşdırılır - Meyxanaçı Vasif Əzimovdan açıqlama

img

05-12-2016 [20:23]


Meyxanaçı Vasif Əzimov bir çoxlarının dillər əzbəri olan "Ölüm, ölüm" mahnısını ekranlaşdırır.

Bu barədə Mia.az-a Vasifin özü xəbər verib: 

"Bildiyiniz kimi, bir müddətdir ki, "Ölüm, ölüm" mahnısını Aqşin Fatehlə birgə ərsəyə gətirmişik. Bəstənin bu qədər sevildiyini görərək, klip çəkdirmək qərarına gəldim. Ekran işində sujet xətti var. 

Xüsusi ilə qeyd edim ki, ekran işi adi kliplərdən fərqlidir. Belə ki, qısa metrajlı filmdir. Ekran işində mahnıdan kənar dialoqlar var. 

Ölüm, ölüm" klipində meyxanaçı Aqşin Fateh, aktrisa Cəmilə Tağızadə, aktyor Cavanşir Hacıyev rol alıb. Ekran işinin rejissoru Faiq Kərimoğlu, operatoru Caviddir".

Digər xəbərlər
SON XƏBƏRLƏR