Akif Çovdarov aclıq aksiyasını dayandırıb - Məhkəmə

img

05-12-2016 [17:10]


Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrlik etdiyi və jurnalistlərin iştirakı olmadan keçirilən prosesdə bildirilib ki, A. Çovdarovun səhhəti ilə bağlı ekspertiza keçirilməsi haqqında ötən iclaslarda vəkillər tərəfindən verilən vəsatətə ekspert rəy verib. Rəydə bildirilib ki, A. Çovdarov 40 gündən artıq aclıq aksiyası keçirdiyindən onun səhhəti ilə bağlı ekspertiza keçirmək mümkün deyil. Buna münasibət bildirən A. Çovdarov aclıq aksiyasını dayandırdığını deyib.
Onun ekspertizadan keçirilməsi üçün məhkəmə dekabrın 19-dək təxirə salınıb. A. Çovdarov ekspertizadan keçirildikdən sonra iclas davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR