Erməni zabit Azərbaycana keçmək üçün - Müraciət etdi

img

05-12-2016 [17:04]


Bir neçə gün əvvəl Ermənistanordusunun zabiti Norayr Georgiyeviç Minosyan Azərbaycan tərəfə keçmək üçün kömək göstərilməsini istəyib.

Mia.az xəbər verir ki, haqqin.az saytının xüsusi müxbiri Vahan Martirosyana müracət edən Norayr Minasyan bildirib ki, Bakıda mətbuat konfransı keçiribErmənistansilahlı qüvvələrinin sərhədyanı bölgələrdə yerləşdirilmiş qüvvələrində baş verənlər haqda danışmaq istəyir.

36 yaşlı N.MinosyanErmənistanordusunda baş leytenant rütbəsində xidmət edib, Naxçıvanla həmsərhəd yerləşdirilmiş 70179 nömrəli hərbi hissənin tank əleyhinə bölüyünün taqım komandiri olub. O, Hərbi Akademiyanın məzunudur, rus və ingilis dillərində bilir.

2014-cü ilin fevralında N.Minosyan saxta ittihamla həbs edilib və mühakimə olunub. Onu hərbi hissəni özbaşına tərk etməkdə ittiham ediblər. Bu ittihamla N.Minosyana 1 il həbs cəzası verilib, ancaq erməni hüquq müdafiəçilərinin təzyiqləri nəticəsində 6 ay sonra zabiti həbsdən azad etməli olublar.

N.Minosyan bildirib ki, əslində onun həbsinin səbəbiErmənistansilahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi (hazırda prezidentin müşaviridir) Yuri Xaçaturovun oğlu ilə toqquşması olub. Xaçaturovun oğlu Qriqori XaçaturovErmənistanordusunun 3-cü ordu korpusunun komandiridir. Minosyanın dediyinə görə, hətta həbsdən buraxılandan sonra da hakimiyyət onu və ailəsini təqib etməkdə davam edib. Nəticədə Norayr Minosyan ölkədən qaçmalı olub. Hazırda erməni zabit Soçidədir və Azərbaycan hakimiyyətindən xahiş edir ki, onun Bakıya gəlməsinə şərait yaratsın.


Digər xəbərlər
SON XƏBƏRLƏR