Qaz kartlarına balans yükləmək niyə məhdudlaşdırılıb? - Açıqlama + VİDEO

img

03-12-2016 [00:30]


İndiyə qədər qaz sayğacları üçün smart kartınızın balansını artırmaq üçün maksimum 2 min manat ödəyə bilirdiniz. Artıq bu rəqəm 100 manata endirilib. 

Mia.az "Xəzər Xəbər”ə istiandən bildirir ki, ödəmə terminallarında bu haqda elan yerləşdirilib.

"Azəriqaz” İstehsalat Biriyinin mətbuat katibi İbrahim Kərbalayevin sözlərinə görə, Tarif Şurasının təbii qazın qiymətinin diferensiyallaşdırılması ilə bağlı müvafiq qərarından sonra bu addım atılıb. Limitin qoyulmasına səbəb sırf texniki məsələdir. Kartınızdaki 100 manatı sayğaca yükləyəndən sonra yenə balansınızı 100 manat artırmaq istəsəniz yalnız 1 dəfə şans veriləcək.

Proses sadəcə bir aylıq nəzərdə tutulub. Gələn ilin yanvarın 1-dən ödəmə əvvəlki qaydada aparılacaq.

"Azəriqaz” İstehsalat Biriyi etiraf etməsə də, bunun səbəbinin əhalinin indiki tariflərlə sayğaclarda balanslarını artırmasına imkan verməmək üşün edildiyi şübhə doğurmur.


Digər xəbərlər
SON XƏBƏRLƏR