"Ən böyük xəyalımı reallaşdırdım" - Niko Rosberq karyerasını bitirdi

img

02-12-2016 [21:31]


Dünya çempionu Niko Rosberq karyerasını bitirib.

Son dünya çempionu bu qərarını Vyanada keçirilən FİA-nın mətbuat konfransında açıqlayıb.

Mia.az F-1.az-a istinadən bildirir ki, Niko bir neçə dəqiqə əvvəl Formula1 karyerasını bitirdiyini açıqlayıb və buna əsas səbəb kimi ailəsinə daha çox vaxt ayırmaq istəməsini göstərib.

Niko Rosberq: "Mən 25 illik yarış karyeramın sonunda, nəhayət ki, ən böyük xəyalımı reallaşdırdım – Formula1 üzrə dünya çempionu oldum. Buna çox işləyərək, çox çətinliklər görərək nail oldum. Mən istədiyim zirvəyə çatdım. Mənə bu yolda dəstək olan hər kəsə çox təşəkkür edirəm. Mən demişdim ki, bu mövsüm çətin olacaq.

İki çətin mövsümdən sonra bu il hər trasda, hər döngədə daha diqqətli və sürətli oldum. Ailəm də mənə çox mənəvi dəstək verdi. Xüsusilə də həyat yoldaşım Viviana təşəkkür edirəm və ona minnətdarlığımı bildirmək üçün söz tapa bilmirəm. O da başa düşürdü ki, bu mövsüm çempion olmağım üçün ən real şanslı mövsüm idi. O, hər yarışdan əvvəl və sonra mənə əlavə motivasiya verirdi.

Suzukada qalib gələndə başa düşmüşdüm ki, titul artıq əlimdədir. O andan sonra üzərimdəki təzyiq artdı və çempion olacağım təqdirdə karyeramı bitirmək barədə düşünməyə başladım. Əbu Dabidə bilirdim ki, bu, mənim sonuncu yarışım ola bilər və yarışdan həzz almağa çalışdım. İşıqlar söndü və həyatımın ən həyəcanlı 55 dövrəsi başladı. Yarışdan sonrakı gün qərarımı verdim və bunu ilk olaraq Viviana, Corca və Totoya bildirdim.

Mənim qərarım komandanı çətin vəziyyətdə qoysa da, Toto bunu anlayışla qarşıladı. Qürur doyuram ki, "gümüş oxlar”la dünya çempionu oldum. Bundan sonra məni yarışsız bir həyat gözləyir…”.

Qeyd edək ki, Formula1-də 206 yarış keçirən Niko 23 qələbə, 30 poul qazanıb və 57 dəfə podiuma yüksəlməklə yanaşı, 20 yarışda ən sürətli dövrəyə imaz atıb. O, geridə qoyduğumuz mövsümdə karyerasının yeganə Formula1 titulunu qazanıb…

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR