Azərbaycanda tanınmış idmançı həbs edildi - 100 minlik dələduzluq ittihamı ilə (FOTO)

img

30-11-2016 [21:45]


Azərbaycanda tanınmış idmançı həbs edilib. K-1 döyüş növü üzrə məşqçi "Pro-Rinq” Rövşən Heybətov saxlanılıb.

APA xəbər verir ki, bu barədə vəkil Ceyhun Yusifov məlumat verib. 

Vəkilin dediyinə görə, o, 100 min manatı dələduzluq yolu ələ keçirilməkdə ittiham olunur.

Noyabrın 25-də Xətai rayon Məhkəməsinin qərarı ilə Rövşən Heybətova Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Ceyhun Yusifov bildirib ki, Xətai rayon məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub