"Əgər o ad və medal geri alınırsa, başqa çıxış yolu yoxdur" - Nazir müavini

img

25-11-2016 [15:11]


Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında iştirak edən idmançıların təkrar dopinq testi nəticəsində qadağan olunmuş preparatdan istifadə etdiyi bildirilən yunan-Roma güləşçisi Vitali Rəhimovun gümüş medalının qaytarılması ilə bağlı yaranmış qalmaqala yenidən aydınlıq gətirib.

Nazir müavini "Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, Vitali Rəhimov heç bir formada medalı geri qaytarmaqdan imtina edə bilməz: "Bu, mümkün deyil. Çünki qərar qəbul edilirsə, hansı yolla olursa olsun, medal geri qaytarılır. Əgər o ad və medal geri alınırsa, başqa çıxış yolu yoxdur. Vitali Rəhimov bu gün idmançı kimi məşq etmir. O, yalnız məşqçi işləyə bilər”.

Qeyd edək ki, V. Rəhimov mətbuata açıqlamasında medalı geri qaytarmayacağını bildirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR