Kərəm Həsənov kimləri həbsdəki generallara satıb? - Sensasion iddialar

img

17-11-2016 [18:07]


Əmlak Məsələləri dövlət Komitəsinin sədri Kərəm Həsənovla bağlı olduqca sensasiya sayılan iddia ortaya çıxıb.

Mia.az gununsesi.info saytına istinadən xəbər verir ki, ləğv edilən MTN-nin rəhbəri Eldar Mahmudovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstəsinin cinayətlərinin qurbanı olan iş adamlarının, məmurların MTN-nin "toruna” necə düşməsi barədə hər gün yeni faktlar ortaya çıxır. 

"MTN-nin inzibati resursları hesabına imkanlı adamları müəyyən edərək, onları "çökdürən” Eldar Mahmudova bu işdə həm də yaxın dostu olan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov da kömək edirmiş".

Məlumatda bildirilir ki, Kərəm Həsənov indiyə qədər Eldar Mahmudova 100-ə yaxın "iş” verib:

"Belə ki, komitə sədri dövlət əmlakını özəlləşdirən imkanlı şəxslər barəsində məlumatları dərhal MTN-nə ötürürmüş. Dərhal həmin şəxslər MTN-nə çağrılır və yüksək rütbəli vəzifəlilər yeni özəlləşməyə görə, həmin şəxslərin MTN-dən "halallıq” almasını təklif edirmiş.

Çarəsiz durumda olan vətəndaşlar isə tələb olunan pulu MTN-nə çatdırırmış. 

Məlumata görə, məhz Kərəm Həsənovun informasiyası əsasında MTN 200-ə yaxın iş adamından ümumilikdə 13 milyona yaxın pul alıb". 

Digər xəbərlər
SON XƏBƏRLƏR