Rusiyada yaşayış binası partladı - 3 nəfər ölüb, 16 nəfər xəsarət alıb, 2 nəfər itkin düşüb

img

23-10-2016 [22:22]


Rusiyanın Ryazan şəhərində yaşayış binasında partlayış baş verib.

Hadisə nəticəsində 3 nəfər ölüb, 16 nəfər xəsarət alıb, 2 nəfər itkin düşüb.

İlkin versiyaya əsasən, partlayışa səbəb qaz sızması olub. Partlayış nəticəsində binanın 9-cu və 10-cu mərtəbələrindəki  7 ev tamamilə yararsız vəziyyətə düşüb.

Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR