Klinton, yoxsa Tramp? - Amerikalılar kimi seçəcək? (Sorğu)

img

23-10-2016 [20:44]


ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı artıq 12 faiz qabaqlayır.

ABC telekanalı tərəfindən keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 50 faizini, Tramp isə 38 faizini toplaya bilər.

Oktyabrın 13-də telekanalın keçirdiyi rəy sorğusunda Klintonun üstünlüyü 8 faiz təşkil edirdi.

Xatırladaq ki, ABŞ-da noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR