"İraqda da yerüstü əməliyyata başlayacağıq" - Baş nazir İraqın tələbinə sərt cavab verdi

img

23-10-2016 [15:58]


İraq mərkəzi hökumətinin Türkiyənin Başikada yerləşdirilən hərbi bazasının ərazinin dərhal tərk etmə tələblərinə baş nazir Binəli Yıldırımdan olduqca sərt cavab verilib.

Mia.az xəbər verir ki, baş nazir Yıldırım növbəti dəfə Türkiyənin həm İŞİD-lə mübarizə, həm də bölgədə məzhəb qarşıdurmasının əsas gətirib, İraqın bu tələbini qətiyyətlə rədd edib, üstəlik, daha qabağa gedəcəklərinin anonsunu verib:

"Bizim məqsədimiz bölgəni terrordan təmizləmək və təhlükəsizlik zolağı təmin etməkdir. Gərəkirsə, həm bu, həm də məzhəb savaşını əngəlləmək üçün Suriyada olduğu kimi, İraqda da birbaşa yerüstü əməliyyata da başlayacağıq. Kimsə bizə bu məsələlərdə mane ola bilməz".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR