"Qarabağ münaqişəsinin həlli Minsk qrupu həmsədrlərinin səlahiyyətlərindən çıxıb" - Deputat

img

22-10-2016 [16:25]


"ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədrinin yenisi ilə əvəz olunması Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə heç bir ciddi təsir göstərə bilməyəcək”.

Bunu Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib.

Deputat deyib ki, indiyədək ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədrləri bir neçə dəfə dəyişib:

"Ancaq bu Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində hər hansı ciddi dəyişikliyə gətirib çıxartmayıb. Yeni həmsədr sadəcə olaraq Fransa Xarici İşlər Nazirliyinin orta səviyyəli diplomatıdır. Baxmayaraq ki, Minsk qrupu həmsədrləri hər dəfə dəyişəndə, yenisi gəlib-gedir, müəyyən sənədlər, təkliflər hazırlayır. Ancaq bunun da heç bir nəticəsi olmur”.

R.Musabəyov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi artıq Minsk qrupu həmsədrlərinin səlahiyyətlərindən çıxıb:

"Ona görə də ATƏT-in Minsk qrupu həmsədrləri yalnız öz dövlətlərinin mövqeyini səsləndirir”.

Xatırladaq ki, ATƏT-in Minsk qrupuna Fransadan olan yeni həmsədr təyin edilib. Yeni həmsədr Fransanın Latviyadakı səfiri olmuş Stefan Viskontidir. O, bu vəzifədə Pyer Andreni əvəz edəcək.

Olke.az


Digər xəbərlər
SON XƏBƏRLƏR