Büdcə pulları talanır - Qubad İbadoğlu ayırmaları şərh etdi

img

22-10-2016 [11:56]


"Büdcədən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsinə ayrılan xərclər 3,2 dəfə çox olub".

Mia.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu deyib. İqtisadçı bildirib ki, Azərbaycan Formula-1 üzrə Avropa Qran-pri yarışlarına ev sahibliyi etdiyi üçün xərclər bu il çox olub: "Bu ilin ilk 8 ayında dövlət büdcəsinin xərclərinin təhlili zamanı maraqlı tapıntılar vardır. Onlardan biri də 2016-cı ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər sahədə fəaliyyət üçün ayrılan vəsaitin 3,2 dəfə çox olmasıdır. 

Belə ki, əgər ötən ilin ilk 8 ayında bu məqsədlər üçün 155,5 milyon manat xərclənmişdirsə, bu ilin müvafiq dövründə xərcləmələr 491,8 milyon manat olub. Bu isə həmin dövr ərzində səhiyyəyə yönəldilən 93,5 milyon manat çoxdur. Dünyanın səhiyyə sistemi dövlətdən maliyyələşən heç bir ölkəsində belə təzadla rast gəlinmir ki, büdcədən mədəniyyətə və bədən tərbiyəsinə ayrılan xərclər səhiyyə xərclərindən çox olsun. Biz də bunun nədən baş verməsinin bir səbəb var, o da aydındır. Azərbaycanda Formula-1 üzrə Avropa Qran-pri yarışları keçirib. Elə ona görə də il üçün bütövlükdə bədən tərbiyəsi, gənclər siyasəti və turizm bölməsinin maliyyələşdirilməsinə proqnozlaşdırılan 438,4 milyon manat vəsaitin 92 faizi və ya 403,2 milyon manatı beynəlxalq idman tədbirlərinin keçirilməsi, hazırlıq və digər təşkilati işlərə yönəldilib. 

Məlumat üçün qeyd edim ki, 2016-cı il üçün mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətə büdcədən 738,6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur".


Digər xəbərlər
SON XƏBƏRLƏR