Hakim olmaq istəyən 176 namizədlə bağlı - Qərar

img

21-10-2016 [21:20]


Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə prezidentinin tapşırıqlarına əsasən görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf prosedurlar əsasında, müasir beynəlxalq tələblər səviyyəsində seçimi üzrə müsabiqə davam edir.

Hakimlərin Seçki Komitəsindən verilən məlumata görə, test imtahanında müvəffəqiyyət qazanmış 359 nəfər hakimliyə namizədlə bərabər şəraitdə, vahid zalda yazılı imtahan keçirilmiş, imtahan zamanı cinayət və mülki sahələr üzrə 2 kazus xarakterli sual 4 saat ərzində cavablandırılıb.

İmtahanı nüfuzlu beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarından olan çoxsaylı müşahidəçi və KİV nümayəndələri izləyib, habelə bütün proses onlayn rejimdə canlı yayımlanıb.

Hakimliyə namizədlərin cavab vərəqələri anonim qaydada yoxlanılması üçün kodlaşdırılaraq ikiqat üsulla Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət edilmiş müstəqil hüquqşünas-alim tərəfindən ayrı-ayrılıqda yoxlanılıb, bu zaman namizədlərin qanunun məzmununu açmaq və onun izahını vermək, kazusları həll etməklə qoyulmuş məsələlərə düzgün qiymət vermək bacarıqlarına xüsusi diqqət yetirilib.

İmtahanın nəticəsinə görə hər bir sahə üzrə 60 və daha çox bal toplamış 176 nəfər namizəd müsabiqənin növbəti mərhələsinə – şifahi imtahana buraxılıblar.

Həmin şəxslərin siyahısı Məhkəmə-Hüquq Şurasının İnternet səhifəsində yerləşdirilib.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR