“Turizmdə 5 ulduz” - Nərimanovda tədbir (FOTOLAR)

img

21-10-2016 [20:18]


 Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi Nərimanov Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Turizm İnstitutu məzunları İctimai Birliyinin təşkilatçılğı ilə Azərbaycan Turizm və Menecment Universitetində "Turizmdə 5 ulduz” layihəsi həyat keçirilib

Layihənin məqsədi turizm sahəsi üzrə təhsil alan, işləyən gənclərin turizm biliklərinin artırılması və onların fəaliyyətinin peşəkarlaşdırılmasıdır. Layihə 5 gün davam edib, layihə çərçivəsində iştirakçılara turizm xidmət sahəsinin bələdçilik, Otel, Restoran, davranış və jestlər, obyektin təqdimatı istiqaməti üzrə təlim paketi keçirililib.

Təlim paketinə daxil olan turizm xidmət sahəsinin istiqaməti üzrə təlimləri Azərbaycan Turizm və Menecment Universitetinin Təlimlər mərkəzinin təlimçisi Səkinə Əsgərova Universitetin məzunu AAAF Holding Şirkətinin Turizm və Qonaqpərvərlik Departmentinin rəhbəri Cavid Cəbiyev tərəfindən həyata keçirilib.

Layihənin sonuncu günü təltif etmə mərasimi keçirilib, təltif etmə mərasimində Azərbaycan Turizm İnstitutu Məzunları İctimai Birliyi (ATİMA) sədri Ağamir Ağamirovda iştirak edib və iştirakçılar sertifikartlarla təltif olunublar.

Layihə rəhbəri - Azərbaycan Turizm və Menecment Universitetinin IV kurs tələbəsi Aygün Fetullayevadır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR