“Məni şeyx Həccə göndərdi” - Gülər Əhmədova

img

21-10-2016 [15:21]


"Həcc ziyarətinə getməyimə Allahşükür Paşazadə köməklik etdi”.

Bunu Unikal.org-a açıqlamasında sabiq deputat Gülər Əhmədova deyib. O, bu köməkliyə görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadəyə və onun ailəsinə təşəkkürünü bildirib:
"Şeyx və onun ailəsi ilə çox gözəl münasibətim var. Allah onun balalarını saxlasın. Həcc ziyarətinə getməkdə etdiyi köməkliyə görə, özüm və ailəm adından minnətdarlığımı bildirirəm. Həbsdən azad olunduqdan sonra ən böyük Həcc ziyarətinə getmək olub. Cavanşir Paşazadə ilə də çox yaxın dostluq münasibətim var. Bir sözlə deyə bilərəm ki, göstərdiyi xeyirxax əməllərinə görə, Allahdan şeyxə və ailəsinə can sağlığı, xoşbəxtlik arzulayıram”.

G.Əhmədova Həccdən gəldikdən sonra onu ziyarət edən insanlardan da danışıb: "Elə bir gün olmasın ki, evimdə qonaq qarşılamayım. Həcc ziyarətindən gəldiyim üçün hər gün evimə çoxlu sayda insan gəlir və mənə baş çəkirlər. Yanımda olan hər kəsə öz təşəkkürümü bildirirəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR